"İranın edə biləcəyi heç nə yoxdur!" - Tramp
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazına nəzarət etdiyini və bu nəzarəti qoruyacaqlarını vurğulayıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb.
"ABŞ Hörmüz boğazına tam nəzarət edir. Düşünürəm ki, biz bunu saxlayacağıq! Bizim dəniz blokadamız hamı tərəfindən "polad divar" adlandırılır və İranın bununla bağlı edə biləcəyi heç nə yoxdur", - deyə lider yazıb.
Aysel Mətləb