Fransada quraqlıq - 40 mindən çox insan SUSUZ QALDI!
Fransanın ekoloji keçid naziri Monique Barbut ölkədə 40 mindən çox insanın içməli su kəsintiləri ilə üzləşdiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə nazir Parisdə keçirilən böhran toplantısında mətbuata açıqlamalar verib.
O bildirib ki, Fransanın bütün ərazisində quraqlıq yaşanır Belə ki, avqustun əvvəlində ölkə ərazisinin 65 faizində müşahidə olunan quraqlıq 25 ildə bir dəfə baş verir.
M. Barbut quraqlıq səbəbindən ölkədə 40 mindən çox insanın evlərində içməli su kəsintiləri ilə üzləşdiyini və bütün bölgələrdə sudan istifadə ilə bağlı məhdudiyyətlərin tətbiq edildiyini vurğulayıb.
Aysel Mətləb