Qəzzaya bir həftə sonra ilk hava zərbəsi – Ölənlər və yaralananlar var

Qəzzaya bir həftə sonra ilk hava zərbəsi – Ölənlər və yaralananlar var
12.08.2026 20:43 Dünya

İsrailin Qəzzanın şimalına endirdiyi hava zərbəsi nəticəsində bir fələstinli həlak olub, bir neçə nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, zərbə Beyt Lahiya şəhərində üçtəkərli nəqliyyat vasitəsinə endirilib.

İsrail ordusunun sözçüsü “AFP” agentliyinə bildirib ki, zərbə təhdidi aradan qaldırmaq məqsədilə həyata keçirilib.

Qeyd edək ki, bu, İsrailin bir həftədən çox müddətdən sonra Qəzzaya endirdiyi ilk hava zərbəsidir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər