Netanyahudan ŞOK ÇIXIŞ: "Davam edəcəyik!"
Dünya
20.04.2026 05:58
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranla qarşıdurmada qarşıya qoyduğu məqsədlərə nail olmaq niyyətində olduğunu deyib.
TodayPress TV xəbər verir ki, Netanyahu bu açıqlamanı İsraildə dövlət səfərində olan Xavyer Miley ilə Qüdsdə keçirdiyi birgə çıxış zamanı verib. Çıxış İsrail hökumətinin mətbuat xidməti tərəfindən yayımlanıb.
İranla qarşıdurmanı şərh edən Netanyahu bunu “ciddi çətinliklər və nəticələr dövrü” kimi xarakterizə edib: “Biz çox şeyə nail olmuşuq, lakin bu, son deyil. İstənilən an yeni inkişaflar baş verə bilər”, – deyə o bildirib.
Baş nazir qeyd edib ki, bu, Mileinin prezidentliyi dövründə İsrailə üçüncü səfəridir və hər səfər önəmli hadisələrlə yadda qalıb: “Xavyer Mileyin bir xüsusiyyəti var – onun İsrailə hər səfəri böyük hadisələrdən əvvəl baş verir. Keçən dəfə ona heç nə demədim, sözüm var. İndi isə sabah və ya birigün nələrin baş verəcəyini demək çətindir”, – deyə o əlavə edib.
“Lakin əminəm ki, mənəvi möhkəmliyimiz, tərəfdaşlığımız və ABŞ ilə güclü əməkdaşlığımız sayəsində məqsədlərimizə çatacaq, dünyanın azad xalqlarına daha çox işıq və ümid gətirəcəyik”, – Netanyahu vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı genişmiqyaslı əməliyyata başlayıblar. 7 apreldə ABŞ Prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. 11 apreldə isə İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıblar.
İran nümayəndə heyətinə Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə C. D. Vens rəhbərlik edib. Lakin tərəflər mövcud fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.
Jalə Rövşən
tag: İran ,İsrail ,Benyamin Netanyahu ,ABŞ,Todaypress.tv,
NATO Baltik dənizində təlimlər keçirir
29.07.2025
NATO-nun “Alliance” gəmisi Baltik sularında təcrübələr keçirib. TodayPress TV xəbər verir ki, bu barədə Latviyanın...
ABŞ-dən jurnalistlərə viza məhdudiyyətləri tətbiq etmək planlarından imtina etməyi xahiş edildi
27.09.2025
Yaponiyanın aparıcı KİV-ləri ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə məktub yazaraq, jurnalistlərə viza məhdudiyyəti tətbiq...
Tramp: "Kuba artıq Venesueladan neft və pul almayacaq"
11.01.2026
ABŞ Prezidenti Donald Tramp Kubanı "diktatura rejimlərini" dəstəkləməkdə günahlandırıb və Venesueladan neft tədarükünün...
Putin: “Ukrayna münaqişəsi Qərb ölkələrinin səhvidir”
08.03.2026
Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin Qərb ölkələrinin səhvi olduğunu bəyan edib. TodayPress TV xəbər v...
BMT İstanbul danışıqlarını alqışladı
16.05.2025
BMT sülhə nail olmaq üçün göstərilən bütün səyləri alqışlayır.TodayPress TV xəbər verir ki, təşkilat bu barədə İstanbuld...
Kiyevə kütləvi raket və dron hücumu: Ölən və yaralananlar var
14.11.2025
Rusiya ordusu Kiyevə ballistik raketlər və dronlarla genişmiqyaslı hücum həyata keçirib.TodayPress TV xəbər verir ki,...
İranda İsrailə casusluqda ittiham edilən şəxs edam edildi
28.01.2026
İranda İsrail üçün casusluqda ittiham olunan Həmidrəza Sabet İsmayılipur edam olunub.TodayPress TV xəbər verir ki,...
Aİ Rusiya qazının idxalından həmişəlik imtina etmək istəyir
05.09.2025
Avropa İttifaqına (Aİ) üzv ölkələr, eləcə də Avropa Parlamentinin üzvləri Rusiya qazının alınmasına qadağa qoyulması tək...
Orban: "Rusiya Aİ-yə hücum etməyəcək"
16.11.2025
"Rusiya Avropa İttifaqına üzv ölkələrin ərazisinə hücum etməyi planlaşdırmır".TodayPress TV xəbər verir ki, bunu Ma...
SEPAH İsrailin Meksikadakı səfirini öldürməyə cəhd etdi
07.11.2025
İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin Meksikadakı səfiri Eynat Kranz-Nigeri öldürməyə cəhd göstərib.TodayPres...
