Netanyahu xəstəxanaya yerləşdirildi
İsrail Baş naziri Benyamin Netanyahu Qüdsdə xəstəxanaya yerləşdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Times of İsrail” məlumat yayıb.
“Netanyahu bazar ertəsi axşam “Hadassah Ein Kerem” tibb mərkəzinə aparılıb. Baş nazirin ofisi onun stomatoloji müalicə aldığını açıqlayıb”, - məlumatda deyilib.
Məlumata görə, son vaxtlar Netanyahunun səhhəti ictimaiyyətin diqqət mərkəzində olub.