Mozambikdə vəba nəticəsində ölənlərin sayı 48-ə çatdı
Dünya
31.01.2026 20:00
Mozambikdə son sutkada vəba səbəbindən azı 12 nəfər ölüb.
TodayPress TV-nin məlumatına görə, bu barədə "Lusa" agentliyi Mozambik Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.
Nazirliyin açıqlamasına əsasən, son 24 saatda yeni yoluxma halları 135 artaraq, 2025-ci ilin sentyabrında epidemiya başlayandan ümumilikdə 3 449-a yüksəlib. Bu göstəricidən 1 576 yoluxma Nampula, 1 334-ü isə ölkənin mərkəzində yerləşən Tete şəhərinə aiddir.
Bundan əvvəlki epidemiya (2024-cü ilin oktyabrı – 2025-ci ilin iyulu) zamanı 4 420 yoluxma qeydə alınıb, onların 3 590-u Nampulada qeydə alınıb.
Mozambikin səhiyyə naziri Usseni İssenin sözlərinə görə, vəba ilə mübarizə üçün hökumət xaricdən 3,5 milyon doza vaksin alıb. Məqsəd 2030-cu ilə qədər xəstəliyin dövri epidemiyalarına son qoymaqdır.
tag: Mozanbik, Vəba, Ölüm, Lusa,Virus, todaypress.tv,
