Meloni: "Rusiya aktivlərinin riskləri aydınlaşdırılmalıdır"
Dünya
17.12.2025 17:42
İtaliyanın Baş naziri Corcia Meloni dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı risklərə Avropa Komissiyası tərəfindən aydınlıq gətirilməsini tələb edəcəyini bildirib.
TodayPress TV "TASS" a istinadən xəbər verir ki, Meloni bu barədə Deputatlar Palatasında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Rusiya aktivlərinin istifadəsi hüquqi, maliyyə və pul sabitliyi baxımından risklər yarada bilər və mümkün cavab tədbirləri, eləcə də milli büdcələrə düşə biləcək yük diqqətlə qiymətləndirilməlidir. Meloni vurğulayıb ki, Ukraynaya dəstək göstərilərkən qanunçuluq və maliyyə sabitliyi prinsipləri ilə balans qorunmalıdır.
Baş nazir əlavə edib ki, Kiyevə maliyyə dəstəyi ilə bağlı qərarlar mürəkkəb xarakter daşıyır və bu məsələ Avropa İttifaqı liderləri səviyyəsində müzakirə olunaraq qəbul edilməlidir.
Jalə Rövşən
tag: Corcia Meloni ,Avropa Komissiyası ,Rusiya aktivləri ,İtaliya ,Todaypress.tv,
