Meksikada mer qətlə yetirildi

Meksikada mer qətlə yetirildi
02.11.2025 20:00 Dünya

Meksikanın Uruapan şəhərinin meri Karlos Manso Ölülər Günü bayramı zamanı silahlı hücum nəticəsində öldürülüb.

TodayPress TV xəbər verir ki, “Milenio” qəzeti hadisə zamanı merin altı güllə yarası aldığını və xəstəxanaya aparılsa da, həyatını xilas etməyin mümkün olmadığını yazıb.

Hadisə zamanı daha bir nəfər də yaralanıb.

Hücumdan sonra polis iki şübhəlini saxlayıb, daha bir nəfərin isə atışma zamanı öldüyü bildirilir.

Hazırda insidentin motivləri araşdırılır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər