Meksika həbsxanasında qanlı qalmaqal - Ölən var!

Meksika həbsxanasında qanlı qalmaqal - Ölən var!
10.10.2026 06:10 Dünya

Meksikanın Sinaloa ştatındakı “El-Kastilyo” həbsxanasında baş verən növbəti iğtişaş nəticəsində iki məhbus ölüb.

TodayPress TV xəbər verir ki, bu barədə ştatın İctimai Təhlükəsizlik İdarəsi “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, cəzaçəkmə müəssisəsinin bölmələrindən birində məhbuslar arasında dava düşüb və nəticədə iki nəfər həyatını itirib.

Həbsxana əməkdaşlarının və digər məhbusların təhlükəsizliyini təmin etmək məqsədilə hadisə yerinə qurumlararası qrup göndərilib. Qrup vəziyyəti nəzarətə götürüb. Ştatın Baş Prokurorluğu hadisə barədə məlumatlandırılıb və rəsmi araşdırmaya başlayır.

Bu hadisə həbsxanada baş verən silsilə iğtişaşların davamıdır. Oktyabrın 8-də baş verən əvvəlki toqquşma nəticəsində doqquz məhbus və bir ziyarətçi ölüb, daha 16 məhbus yaralanıb. Hadisədən sonra hakimiyyət orqanları həbsxanaya bütün ziyarətləri müvəqqəti dayandırmağa məcbur olub.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər