Hava limanı bağlandı, dərslər ləğv edildi, insanlar təxliyə olundu - Panamada nə baş verir?

Hava limanı bağlandı, dərslər ləğv edildi, insanlar təxliyə olundu - Panamada nə baş verir?
09.10.2026 23:55 Dünya

Panamanın paytaxtındakı Tokumen Beynəlxalq Hava Limanı 7,6 maqnitudalı zəlzələdən sonra uçuşları dayandırıb və müvəqqəti bağlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə hava limanının sosial şəbəkə hesabında məlumat verilib.

“Zəlzələnin qeydə alınmasından sonra təhlükəsizlik protokolları işə salınıb və uçuş əməliyyatları dayandırılıb. Ehtiyat tədbiri olaraq hava limanının müvəqqəti bağlanmasına qərar verilib. Təsdiqlənmiş plana uyğun olaraq sərnişinlərin təxliyəsi həyata keçirilir”, – deyə açıqlamada bildirilib.

Hava limanının rəhbərliyi əlavə edib ki, kompleksin və dispetçer qülləsinin təhlükəsizlik vəziyyəti yoxlanıldıqdan sonra fəaliyyət bərpa olunacaq.

Qeyd edək ki, Panamada güclü zəlzələ səbəbindən bəzi ərazilərdə elektrik kəsintisi qeydə alınıb, həmçinin məktəblərdə dərslər ləğv edilib. Bir sıra çoxmərtəbəli binalardan insanlar təxliyə olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər