Ağ Evin mətbuat katibi kürsüsünü kim tutacaq?

Ağ Evin mətbuat katibi kürsüsünü kim tutacaq?
10.10.2026 00:08 Dünya

Mühafizəkar şərhçi Keti Zaxariya avqust ayında bu postdan ayrılan Karolin Livitti əvəz edərək Ağ Evin yeni mətbuat katibi olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Zaxariya əvvəllər qısa müddət ABŞ Daxili Təhlükəsizlik Nazirliyində çalışıb, həmçinin 2025-ci ilin yanvarından 2026-cı ilin martınadək nazir vəzifəsini tutan Kristi Noemin mətbuat katibi olub.

Hazırda Zaxariya "Truth Social" sosial şəbəkəsini idarə edən "Trump Media & Technology Group" şirkətində kommunikasiyalar üzrə müşavir vəzifəsini tutur. Bundan əlavə, o, müntəzəm olaraq mühafizəkar kütləvi informasiya vasitələrində çıxış edir.

Zaxariyanın avqustda vəzifəsini tərk edən Livitti əvəz edəcəyi gözlənilir.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər