8 ölkədən ABŞ-yə qarşı birgə bəyanat

8 ölkədən ABŞ-yə qarşı birgə bəyanat
10.10.2026 01:44 Dünya

Kanada, Danimarka, Almaniya, Fransa, İtaliya, Yaponiya, Niderland və Böyük Britaniyanın xarici işlər nazirləri Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) dəstək məqsədilə birgə bəyanatla çıxış ediblər.

TodayPress TV xəbər verir ki, bəyanatda Beynəlxalq Cinayət Məhkəməsinin müstəqilliyinə, qərəzsizliyinə və bütövlüyünə sarsılmaz dəstək bir daha təsdiqlənib.

“Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmuş dövlətlər olaraq, məhkəməyə qarşı sanksiyaların tətbiqi ilə bağlı ABŞ-nin bəyanatından təəssüf hissi keçirir və bu qərarla qəti şəkildə razılaşmırıq.

Sanksiyalar tətbiq olunarsa, bu, məhkəmənin fəaliyyətinə, onun fədakar əməkdaşlarına və onların ailələrinə ciddi təsir göstərəcək. Məhkəmə hər gün ən ağır beynəlxalq cinayətlərdə ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi və zərərçəkənlərə dəstək göstərilməsi istiqamətində çalışır.

Məhkəmənin mühüm fəaliyyətini dəstəkləmək, qaydalara əsaslanan beynəlxalq sistemi gücləndirmək və hesabatlılığı təşviq etmək məqsədilə birgə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə bəyanatda bildirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər