Zelenskinin “damarına basdılar”: ABŞ-dən gözləmədiyi hərəkət…

Zelenskinin “damarına basdılar”: ABŞ-dən gözləmədiyi hərəkət…
10.10.2026 01:07 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları dayandıracağı təqdirdə Kiyevin də Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyəcəyini bildirib.

TodayPress TV xəbər verir ki, o, ABŞ-nin bu razılaşmanın əldə olunmasına kömək edə biləcəyini vurğulayıb.

“Biz ABŞ-yə məhz belə bir razılaşma təklif edirik və inanırıq ki, Vaşinqton bu cür razılaşmanın əldə olunmasını təmin edəcək qədər güclüdür”, – Zelenski qeyd edib.

Ukrayna lideri, həmçinin ABŞ-nin Rusiyaya dizel yanacağını ixrac etmək imkanı yaratmasını tənqid edib.

“Hazırda sülhdən danışdığımız bir vaxtda ABŞ Rusiyaya dizel ixrac etmək imkanı yaradır. Düşünürəm ki, komandamız sadəcə pərdə kimi istifadə olunur. Bu, qətiyyən ədalətli deyil və tərəfdaşlıq münasibətlərinə uyğun gəlmir”, – o bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər