Vaşinqtonun qərarı Kiyevi “partlatdı”: Rusiya zavodlarına “od vuracaqlar”
Ukrayna ABŞ Prezidenti Donald Trampın Rusiya dizel yanacağının dünya bazarına çıxarılmasına icazə verməsi qərarına baxmayaraq, Rusiyanın neftayırma zavodlarına hücumları davam etdirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” nəşri ukraynalı rəsmi şəxsə istinadən məlumat yayıb.
“Biz onların neftayırma zavodlarını yandıracağıq”, – deyə mənbə bildirib.
“Financial Times” jurnalisti Kristofer Millerin sözlərinə görə, Trampın Rusiya dizel yanacağına tətbiq edilən sanksiyaları yumşaltmaq qərarı Kiyevdə narazılıq və qəzəb doğurub.
Qeyd edək ki, Trampın qərarı Rusiyanın dizel yanacağını dünya bazarına çıxarmasına imkan yaradır.
Kübra Musayeva