Makronun Putinlə görüş planı yoxdur

Makronun Putinlə görüş planı yoxdur
27.12.2025 12:06 Dünya

Fransa Prezidenti Emmanuel Makronun hazırda Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi və ya telefon danışığı aparmağı planlaşdırmadığı bildirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Məlumata görə, son vaxtlar iki lider arasında heç bir danışıqlar aparılmayıb və Makronun Moskvaya səfəri də nəzərdə tutulmur.

Qeyd edək ki, Makron dekabrın 19-da Avropanın Rusiya ilə dialoqun bərpasından faydalana biləcəyini desə də, bu əlaqələrin əlaqələndirilmiş və tam şəffaf olmalı olduğunu vurğulayıb. Kremlin sözçüsü Dmitri Peskov isə Vladimir Putinin dialoqa hazır olduğunu açıqlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər