Makron Paşinyanı Yelisey sarayında qəbul etdi - Nələr müzakirə edildi?
Parisdə Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
TodayPress TV xəbər verir ki, görüşdən əvvəl Ermənistan Baş nazirinin rəsmi qarşılanma mərasimi təşkil olunub.
Emmanuel Makron Paşinyanı Birinci Beynəlxalq Kosmik Sammitdə iştirak etmək dəvətini qəbul etdiyinə görə təşəkkür edib. Fransa Prezidenti ikitərəfli strateji əməkdaşlıq haqqında bəyannaməyə uyğun olaraq, münasibətlərin bütün istiqamətlərdə davamlı inkişafının vacibliyini vurğulayıb.
Baş nazir dəvətə və səmimi qonaqpərvərliyə görə təşəkkür edib, Fransa ilə kosmik sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib. Hökumət başçısı Ermənistanın bu istiqamətdə daha konkret tərəfdaşlıqda maraqlı olduğunu bildirib.
Həmçinin regional proseslərə toxunulub. Sülhün möhkəmləndirilməsinə yönəlmiş addımların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Aysel Mətləb