İrandan XƏBƏRDARLIQ: “Texnikanızı da götürün…”
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Fars körfəzindəki xarici qüvvələrə xəbərdarlıq edib.
TodayPress TV bu barədə İran mediasına istinadən xəbər verir.
Əzizi bildirib ki, Fars körfəzində təhlükəsizlik və sabitlik İranın nəzarətindədir.
“Qalan qüvvələrə tövsiyəm budur: texnikanızdan geriyə nə qalıbsa, onu xilas edin və hələ imkanınız olduğu halda evinizə qayıdın. Öz sərhədlərinizin müdafiəsinə diqqət yetirin”, – deyə iranlı deputat qeyd edib.
Əzizinin sözləri Fars körfəzində gərginliyin davam etdiyi bir vaxtda səslənib.
Kübra Musayeva