Leninin abidələrindən biri söküldü
Qırğızıstanın Oş şəhərində Vladimir Leninin abidəsi sökülüb.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS"-a yerli sakinlər məlumat verib.
Şəhər Qırğızıstanın paytaxtı Bişkekdən sonra ikinci ən böyük şəhərdir. Abidə mərkəzdə, Sevgi parkının və Toktoqul Satılanov parkının yanında yerləşir.
Mənbələrə görə, abidənin hündürlüyü təxminən 25 metrdir - bu, Orta Asiyada və bütövlükdə dünyada Leninin ən yüksək abidələrindən biridir.
Şəhər rəhbərliyi abidənin köçürüləcəyi və ya tamamilə söküləcəyi ilə bağlı suala hələ cavab verməyib.
Töhfə Səməd