Lavrov: "ABŞ “Şimal axını”nı nəzarətə götürmək istəyir"

Lavrov: "ABŞ “Şimal axını”nı nəzarətə götürmək istəyir"
27.03.2026 12:16 Dünya

ABŞ “Şimal axını” qaz kəmərini öz nəzarətinə götürmək niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “France Télévisions” telekanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, “Şimal axını” layihəsinə qarşı partlayış ukraynalılar tərəfindən Qərbin xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirilib. Onun sözlərinə görə, bu hadisəni nə Fransa, nə də Almaniya pisləyib.

“Almaniya maraqlarına zidd olsa da terror aktını səssiz qəbul etdi. Hazırda ABŞ “Şimal axını”nı öz nəzarətinə götürmək istəyir”, – deyə Rusiya XİN rəhbəri əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər