KXDR Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmayacaq

KXDR Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmayacaq
14.08.2025 10:03 Dünya

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Mərkəzi Komitəsinin Təbliğat və təşviqat şöbəsi müdirinin müavini, ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Çjon bildirib ki, respublika Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılmayacağı barədə müddəanı konstitusiyasında təsbit edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Pxenyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Kim Yo Çjon vurğulayıb ki, ABŞ-nin müttəfiqi olan Seul ilə əlaqələri yaxşılaşdırmaq üçün KXDR-in heç bir niyyəti yoxdur. Onun sözlərinə görə, bu ardıcıl mövqe gələcəkdə ölkə konstitusiyasında rəsmiləşdiriləcək. O, Cənubi Koreyanı KXDR-in təhlükəsizliyinə daimi təhdid yaratdığını qeyd edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər