Krasnodar-İrəvan aviareysi ləğv edildi
Zvartnots Beynəlxalq Hava Limanının onlayn uçuş cədvəlinə əsasən, “Azimut” Hava Yollarının Krasnodardan İrəvana uçuşu ləğv edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Cədvələ əsasən, təyyarənin İrəvana saat 13:45-də enməsi planlaşdırılırdı.
Uçuşun ləğvinin səbəbləri barədə məlumat verilməyib.
Aysel Mətləb