KİV: ABŞ İranın peyk məlumat emalı stansiyasına hücum etdi
İranın Səlmas əyalətinin başçısı Əli Əlaei ABŞ və İsrailin ölkənin şimal-qərbində yerləşən peyk məlumatlarının qəbulu və emalı stansiyasına zərbələr endirdiklərini bildirib.
TodayPress TV xəbər verir ki, başçının sözlərini “İSNA” xəbər agentliyi sitat gətirib.
"Son saatlarda Amerika Səlmas bölgəsindəki tədqiqat peyk stansiyasına hücum edib. Bu stansiyaya bu yaxınlarda peyk məlumatlarını izləmək və qəbul etmək tapşırılıb", deyə Əli Əlaei vurğulayıb..
Onun sözlərinə görə, stansiyaya ziyan dəyib. Lakin itki barədə məlumat verilməyib.
Aysel Mətləb