Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı

Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı
16.06.2026 10:36 Dünya

“Müxalif deputatların hakimiyyət düşərgəsinə cəlb edilməsi praktikasını nəzərə alsaq, “Vətəndaş Müqaviləsi” Partiyasının müəyyən təzyiq üsullarından istifadə edərək yeni formalaşmış parlamentdə konstitusion çoxluq əldə etməyə çalışacağını istisna etmirəm”.

TodayPress TV xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib.

“Vətəndaş Müqaviləsi” konstitusion çoxluq əldə etmədi, amma 3/5 səs çoxluğu qazandı. Bu olmasaydı, Ermənistanda tamamilə fərqli siyasi vəziyyət yaranardı”, - o bildirib.

Ekspertin fikrincə, Nikol Paşinyan hökuməti Konstitusiya dəyişikliyi ilə bağlı planını həyata keçirmək üçün parlamentdə konstitusion çoxluq əldə etməyə çalışır.

Badalyan əlavə edib ki, hakimiyyət üç seçki məntəqəsində səsvermənin nəticələrini yenidən hesablamadan sonra ləğv etməklə 4 faiz səs toplamış “Çiçəklənən Ermənistan” Partiyasını siyasi oyundan kənarlaşdırıb, bununla özünə ən azı 3/5 mandat təmin edib: “Bu isə onlara əsas məsələlər üzrə qərarları təkbaşına qəbul etməyə və müxalifətdən asılı olmamağa imkan verir”.

Jalə Rövşən 

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər