Kaya Kallas atası Siim Kallasın ölüm xəbərini elan etdi
Estoniyanın keçmiş Baş naziri və Avropa Komissiyasının keçmiş sədr müavini, SSRİ Əmanət Bankının Estoniya filialının keçmiş rəhbəri Siim Kallas vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə onun qızı, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas “Facebook”da məlumat verib.
“Dərin kədər hissi ilə bildirməliyəm ki, bu gecə əziz atam vəfat edib”, – deyə diplomat yazıb.
Keçmiş siyasətçi avqustun 22-nə keçən gecə 77 yaşında dünyasını dəyişib.
SSRİ dövründə Siim Kallas 1972-1990-cı illərdə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub və SSRİ Əmanət Bankının Estoniya filialına rəhbərlik edib.
Estoniya siyasi müstəqillik əldə etdikdən sonra Kallas ölkənin Mərkəzi Bankının rəhbəri vəzifəsini tutub. 1994-cü ildə isə yerli İslahatlar Partiyasını yaradıb.
Siim Kallas 2002-2003-cü illərdə Estoniyanın baş naziri, 2004-2014-cü illərdə isə Joze Manuel Barrozunun rəhbərlik etdiyi hər iki Avropa Komissiyasının tərkibində sədr müavini vəzifəsində çalışıb.
Onun qızı Kaya Kallas 2024-cü il dekabrın 1-dən Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini tutur.
Qiymət Mahir