Rusiyanın Ukraynaya gecə hücumu ABŞ-ni narahat etdi
Ukrayna avqustun 22-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin endirdiyi zərbələrin nəticələrindən yaxın zamanda toparlana bilməyəcək.
TodayPress TV xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson "Judging Freedom" "YouTube" kanalının efirində deyib.
“Gecə Kiyevə, hərbi və sənaye obyektlərinə, anbarlara endirilən zərbələr Ukraynaya elə bir ziyan vurur ki, açığını desəm, ölkə yaxın gələcəkdə bundan heç vaxt toparlana bilməyəcək”, – deyə ekspert bildirib.
O əlavə edib ki, Rusiya Ukraynanın “iqtisadi boğulmasına” başlayıb.
Qiymət Mahir