"Barselona" və "Tottenhem"dən nəhəng transfer yarışı: 50 milyonluq ulduz kimdir?
“Barselona” və “Tottenhem” ABŞ millisinin və “Monako”nun hücumçusu Folarin Baloqunun transferi ilə maraqlanır
TodayPress TV “L’Equipe”ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu bu yay “Monako”dan əhəmiyyətli məbləğ qarşılığında ayrılacaq.
“Barselona” Baloquna yaxın zamanda maraq göstərməyə başlayıb.
Ötən mövsüm “Monako”nun hücumçusu bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri 50 milyon avrodur.
2026-cı il dünya çempionatında Baloqun 4 oyunda 3 qol vurub.