Qəzaya səbəb oldu, qızıl tabutda dəfn edildi
Britaniyada yol qəzasına səbəb olan 15 yaşlı yeniyetmə qızılı tabutda dəfn edilib.
TodayPress TV "Metro"ya istinadən xəbər verir ki, vida mərasimində mərhum yeniyetmənin təsviri olan ağ köynəklər geyinmiş insanlar iştirak edib, böyük ekranda isə onun həyatından video və fotolar nümayiş etdirilib.
Nəşrin məlumatına görə, yeniyetmə dostları ilə birlikdə avtomobili oğurlayıb və daha sonra sükan arxasında çəkdikləri videonu “TikTok”da paylaşmaq istəyib. Onlar avtomobili qarşı hərəkət zolağına çıxarıblar və burada nəqliyyat vasitəsi içərisində bir ailənin olduğu digər avtomobillə toqquşub. Yeniyetmə “TikTok” istifadəçiləri həlak olub, digər avtomobildə olan sərnişinlər isə ağır xəsarət alıblar.
"Metro" qeyd edir ki, avtomobili oğurlayan yeniyetmələr polisin onları yaxalaya biləcəyindən narahat olmayıblar. Onlar Britaniya məhkəmə sisteminin yetkinlik yaşına çatmayanlarla bağlı “çox şey edə bilməyəcəyini” biliblər.
Qiymət Mahir