Tramp mətbuat katibinə niyə "qəzəbləndi"?
ABŞ Prezidenti Donald Tramp zarafatla mətbuat katibi Karolin Levittin uşaqlarına özündən daha çox üstünlük verməsindən gileylənib.
TodayPress TV "RİA"ya istinadən xəbər verir ki, o, bunu Cənubi Karolinada keçirilən mitinqdə deyib.
“Onun indicə uşağı dünyaya gəlib və mən indicə öyrəndim ki, o, bu uşağı Donald Trampdan daha çox sevir. Mən də buna görə ona çox qəzəbliyəm”, – deyə Tramp bildirib.
Avqustun 12-də Tramp Ağ Evin mətbuat katibi Karolin Levittin vəzifədən getdiyini açıqlayıb. Bundan əvvəl Levitt ikinci övladının dünyaya gəldiyini elan etmişdi.
ABŞ liderinin sözlərinə görə, Levitt bu qərarı gözəl balaca uşaqları və ailəsi ilə daha çox vaxt keçirmək üçün verib. O, bu qərarı tam başa düşdüyünü və hörmətlə qarşıladığını bildirib. Tramp Levittə “yaxşı görülmüş işə” görə təşəkkür edib və onu “Ağ Evdə əsl lider” adlandırıb.
Qiymət Mahir