Liviyada silah anbarında PARTLAYIŞ: Raketlər ətrafa səpələndi - VİDEO

Liviyada silah anbarında PARTLAYIŞ: Raketlər ətrafa səpələndi - VİDEO
22.08.2026 01:39 Dünya

Liviyanın şimal-qərbində silah anbarında partlayış baş verib.

TodayPress TV xəbər verir ki, nəticədə sursat və raketlər ətraf ərazilərə səpələnib.

Partlayış Misratanın cənubundakı Əl-Giran bölgəsində Əl-İsar batalyonunun qərargahında yerləşən anbarda baş verib.

Hadisənin səbəbi, həmçinin ölən və ya yaralananların olub-olmaması və maddi ziyanın miqyası barədə rəsmi açıqlama verilməyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər