ABŞ NATO müttəfiqlərinin “sədaqətini” yoxlayır
ABŞ administrasiyası Avropadakı hərbi mövcudluğuna yenidən baxılması çərçivəsində NATO müttəfiqlərinə anket göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, Vaşinqton müttəfiqlərindən Prezident Donald Trampın xarici siyasət kursunu açıq şəkildə dəstəkləməyə hazır olub-olmadıqlarını təsdiqləməyi, həmçinin ABŞ müdafiə sənayesi şirkətlərindən alınan məhsulların həcmi barədə məlumat verməyi istəyib.
Aysel Mətləb