BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplanır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplanır
21.08.2026 21:57 Dünya

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək.

TodayPress TV xəbər verir ki, görüş “Ukraynada sülh və təhlükəsizliyin qorunması” gündəm bəndi üzrə keçiriləcək.

Ümumdünya təşkilatının təqvimində qeyd olunur ki, iclas saat 15:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq.

Avqust ayında Təhlükəsizlik Şurasına sədrlik edən Danimarka missiyasının dəqiqləşdirdiyinə görə, iclası E5 qrupuna daxil olan Avropa ölkələri tələb edib. Hazırda bu qrupa Danimarka, Fransa, Yunanıstan, Latviya və Böyük Britaniya daxildir.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər