Finaldakı qalmaqal Paredesə baha başa gəldi: 10 oyunluq cəza!

Finaldakı qalmaqal Paredesə baha başa gəldi: 10 oyunluq cəza!
21.08.2026 20:22 İdman

Argentina yığmasının yarımmüdafiəçisi Leandro Paredes ABŞ-də keçirilən dünya çempionatının finalında komandasının İspaniyaya məğlubiyyətindən sonrakı davranışına görə 10 beynəlxalq matçdan diskvalifikasiya edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Vanguard" portalı FİFA-nın bəyanatına istinadən məlumat yayıb.

Paredes həmçinin 90 min dollar cərimələnib.

Portal qeyd edib ki, o, Argentinanın İspaniyaya 1:0 hesabı ilə uduzduğu Nyu-Cersidəki final matçında baş vermiş hadisələrə görə diskvalifikasiya edilən və cərimələnən bir neçə argentinalı oyunçudan biri olub.

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər