“Üzr istəyərək regionu tərk edəcəksiniz” - İbrahim Əzizidən ABŞ-yə XƏBƏRDARLIQ
"ABŞ İranın böyük xalqından üzr istəyərək regionu tərk edəcək".
TodayPress TV xəbər verir ki, bunu İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi bildirib.
Onun sözlərinə görə amerikalılar diplomatiya dilini başa düşmədiklərini sübut etdilər.
"Buna görə də onlar sanksiyaları ləğv etməyəcək, resursları blokdan çıxarmayacaq və piratçılığı dayandırmayacaqlar.
Lakin tarix göstərəcək ki, güc dili ilə onları nəinki bu addımları atmağa, həm də İranın böyük xalqından üzr istəyərək regionu tərk etməyə məcbur edəcəklər".