İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verdi

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verdi
21.08.2026 22:59 Dünya

İndoneziyanın Yava adasında 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 100 mindən çox insanın yaşadığı Ranqkasbitunq şəhərindən 232 km şimal-şərqdə yerləşib. Ocaq 10 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Sunami təhlükəsi elan edilməyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər