İsveçdə məsciddə atışma: Yaralananlar var

İsveçdə məsciddə atışma: Yaralananlar var
15.08.2025 17:39 Dünya

İsveçin mərkəzində yerləşən Örebro şəhərində məscidin yaxınlığında baş vermiş silahlı insident ciddi narahatlıq doğurub. 

TodayPress TV xəbər verir ki, yerli saytların məlumatına görə, atışma səsləri eşidilib, iki nəfər yaralanıb.

Hadisə yerinə bir neçə xilasetmə qrupu və polis əməkdaşları cəlb olunub. Polis hadisəni adam öldürməyə cəhd kimi qiymətləndirərək ilkin istintaqa başlayıb.

Şəhər sakinlərinə təhlükəsizlik məqsədilə hadisə yerindən uzaq durmaq tövsiyə olunub. Hazırda hüquq-mühafizə orqanları cinayətin motivlərini və şübhəliləri müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər