İsrail Xəzərdə hədəf seçdi
Xəzər dənizi sahillərində İranın hava hücumundan müdafiə sistemlərinə zərbə endirilcəyi açıqlanıb.
TodayPress TV "TASS"a iatinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələri (İMQ)-nin mətbuat xidməti bildirib.
İsrail ordusu qeyd edib ki, İran ərazisində zərbələr zamanı İsrail Hərbi Hava Qüvvələri Xəzər dənizi sahilləri yaxınlığında yerləşən hava hücumundan müdafiə sistemlərinə hücum edib.
Ordunun açıqlamasında hədəflərin İranın şimalındakı, Xəzər dənizi yaxınlığında yerləşən meşəlik ərazidə olduğu bildirilir.
Həmçinin vurğulanır ki, bu hədəflər İsrail ərazisindən 1 600 kilometr məsafədə yerləşir.
Jalə Rövşən