İsrail ordusu İranda hərbi hədəflərə zərbələr endirdi

İsrail ordusu İranda hərbi hədəflərə zərbələr endirdi
02.04.2026 16:44 Dünya

İsrail İran ərazisində bir sıra hərbi hədəflərə zərbələr endirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail müdafiə ordusu məlumat yayıb.

Bildirilib ki, zərbələr İran Silahlı Qüvvələrinin əsas bölmələrindən biri olan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) quru qüvvələrinə məxsus bazaya yönəlib.

Məlumata görə, hücum zamanı səyyar komandanlıq məntəqəsi də vurulub. Həmin vaxt bəzi İran komandirlərinin bazada olduğu qeyd olunur.

Bundan əlavə, Təbriz bölgəsində yerləşən raket bölməsinə aid ballistik raket anbarının da hədəf alındığı bildirilib. İsrail tərəfi bu əməliyyatların İranın raket imkanlarını zəiflətmək məqsədi daşıdığını vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər