İsrail Livanın cənubunda bufer zona yaradacaq
""Hizbullah"la münaqişə başa çatdıqdan sonra ölkəsi Livanın cənubunda bufer zona yaradacaq".
TodayPress TV xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
Nazirin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri Litani çayına qədər olan əraziyə nəzarəti saxlayacaq, bölgədəki silahlıları zərərsizləşdirəcək və bütün silahları məhv edəcək. O, bu ərazini “təhlükəsiz zona” kimi xarakterizə edib.
Katz həmçinin qeyd edib ki, təhlükəsizlik təmin olunana qədər 600 mindən çox livanlı öz evlərinə qayıda bilməyəcək.
Bildirilib ki, sərhəd kəndlərindəki evlər təhlükələrin qarşısını almaq məqsədilə söküləcək.
Türkan İsgəndərli