İsrail İranda neft-kimya obyektini vurdu - VİDEO
İsrail Hərbi Hava Qüvvələri İranda yerləşən neft-kimya müəssisəsinə hava zərbəsi endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "N12" məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi İranın neft və kimya sənayesi ilə bağlı obyektlərindən biri olub. İsrail tərəfi əməliyyatın son günlər İranın İsrail ərazisinə raket hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib.
Hadisə ilə bağlı İran rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə zərbə endirilən ərazidə güclü yanğın və qalın tüstü sütunlarının müşahidə olunduğu iddia edilir.
Türkan İsgəndərli