İsrail İran səmalarına girdi - Səhər saatlarında bombardman başladı

İsrail İran səmalarına girdi - Səhər saatlarında bombardman başladı
08.06.2026 09:43 Dünya

İsrail Hərbi Hava Qüvvələri bazar ertəsinə keçən gecə İranın mərkəzi və qərb hissəsində yerləşən hərbi hədəflərə zərbələr endirib.

TodayPress TV xəbər verir ki, "Axios" nəşrinin məlumatına görə, əməliyyat nisbətən məhdud xarakter daşıyıb.

ABŞ müdafiə rəsmisinin sözlərinə görə, zərbələr əsasən raket buraxılış qurğularını və onlarla əlaqəli hərbi infrastrukturu hədəf alıb. Əməliyyat enerji sektoru və ya daha geniş strateji obyektlərə qarşı yönəldilməyib.  

İsrail ordusu da İranın qərb və mərkəzi hissəsindəki hərbi hədəflərə zərbələr endirdiyini təsdiqləyib. Məlumata görə, əməliyyat İranın daha əvvəl İsrailə raket hücumuna cavab olaraq həyata keçirilib.  

İranın müxtəlif şəhərlərində, o cümlədən Tehran, İsfahan, Təbriz və Kərəcdə partlayış səslərinin eşidildiyi bildirilib.  

ABŞ rəsmiləri Vaşinqtonun bu əməliyyatda iştirak etmədiyini vurğulayıblar.  

Qiymət Mahir

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər