İsrail HƏMAS-ın rəhbər şəxslərindən birini öldürdü
İsrail ordusu Qəzza zolağında keçirdiyi əməliyyat zamanı HƏMAS-ın polis rəisinin öldürüldüyünü bildirib.
TodayPress TV xəbər verir ki, Məlumata görə, əməliyyat nəticəsində “İslami Cihad” qruplaşmasının “Nuhba” birliyinin əməliyyatçısı da zərərsizləşdirilib.
İsrail ordusu əməliyyatın terror qruplaşmalarının fəaliyyətinin zəiflədilməsi məqsədi daşıdığını qeyd edib. HƏMAS və “İslami Cihad” tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.