İranda internet geri qayıdır? – Prezident qərar verdi
İran Prezidenti Məsud Pezeşkian ölkədə internet xidmətinin bərpası ilə bağlı qərar verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi Rabitə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, prezident bununla bağlı nazirliyə xüsusi fərman imzalayıb.
Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonunda milli valyutanın dəyər itirməsindən sonra başlayıb. Daha sonra aksiyalar hökumət əleyhinə çıxışlara çevrilib və ölkədə internetə giriş məhdudlaşdırılıb.
Yanvar ayının ortalarında vəziyyətin nəzarətə götürüldüyü açıqlansa da, ABŞ və İsrailin 28 fevralda İrana hücumundan sonra internetə tətbiq olunan məhdudiyyətlər yenidən sərtləşdirilmişdi.
Türkan İsgəndərli