İran ixrac edəcək artıq neftinin olmadığını bildirir

Dünya

21.03.2026 04:45

İranın hazırda dənizdə neft tankerləri və ixrac üçün artıq enerji təchizatı yoxdur.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Naziri Skot Bessentin İran xam neftinə sanksiyasız rejim təklif etməsinə cavab olaraq İslam Respublikası Neft Nazirliyinin nümayəndəsi bildirib:

“Hazırda İranın dənizdə demək olar ki, heç bir nefti və beynəlxalq bazarları təchiz etmək üçün artıq nefti yoxdur. Bessentin bəyanatı yalnız alıcılarda ümid yaratmaq və bazar əhval-ruhiyyəsini nəzarətdə saxlamaq məqsədi daşıyır".

Xatırladaq ki, martın 19-da Skot Bessent ABŞ administrasiyasının İran neftinə qarşı sanksiyaların qaldırılmasını nəzərdən keçirdiyini bildirib.

"Yaxın günlərdə artıq tankerlərə yüklənmiş İran neftinə qarşı sanksiyaları ləğv edə bilərik. Bu, təxminən 140 milyon bareldir. Necə hesablamağınızdan asılı olaraq, bu, iranlıların Çinə göndərməyi planlaşdırdığı 10-14 günlük təchizatdır", - deyə o qeyd edib.

Aysel Mətləb

TodayPress TV

tag: İran,Neft,İxrac,Bessent,TodayPress TV,