İran bir ölkənin Hörmüzdən keçməsinə icazə verdi

İran bir ölkənin Hörmüzdən keçməsinə icazə verdi
27.03.2026 16:53 Dünya

Malayziya tankerləri İran tərəfindən nəzarətə götürülmüş Hörmüz boğazından keçə biləcək.

TodayPress TV  "Kommersant"a istinadən xəbər verir ki, bunu  Malayziyanın Baş naziri Ənvər İbrahim bildirib.

O, qeyd edib ki, bu icazə İran Prezidenti Məsud Pezeşkian, eləcə də Misir, Türkiyə və digər regional dövlətlərin liderləri ilə aparılan danışıqlar nəticəsində əldə olunub.

“The Jakarta Post” qəzetinin məlumatına görə, Ənvər İbrahim deyib: “Hazırda Malayziya neft tankerlərinin və onların heyətlərinin evə qayıtması üçün sərbəst hərəkətinə icazə verilir”. O, Fars körfəzindən çıxmaq üçün neçə Malayziya bayraqlı tankerin gözlədiyini dəqiqləşdirməyib.

Malayziya neft hasil edən ölkə olsa da, Hörmüz boğazı vasitəsilə daşınan neftdən ciddi şəkildə asılıdır. Ölkənin neft tələbatının təxminən 50%-i bu marşrutdan təmin olunur. Bundan əvvəl İranın icazəsi ilə bir neçə Çin və Tailand tankerinin də boğazdan keçməsinə şərait yaradılmışdı.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər