İran ABŞ ilə danışıqların bərpası üçün şərt qoydu

Dünya

01.05.2026 22:50

"İran ABŞ tərəfinin öz yanaşmasını dəyişəcəyi, xüsusən də həddindən artıq tələblərdən və təxribat xarakterli hərəkətlərdən imtina edəcəyi təqdirdə Vaşinqtonla danışıqlar prosesini bərpa etməyə hazırdır".

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı region ölkələrinin xarici işlər nazirləri ilə telefon danışıqları zamanı bildirib.

"İslam Respublikası ABŞ tərəfinin həddindən artıq tələblərə, təhdid ritorikasına və təxribat xarakterli hərəkətlərə əsaslanan yanaşmasını dəyişəcəyi təqdirdə danışıqlar prosesini davam etdirməyə hazırdır", - deyə nazirin "Telegram" kanalında Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, Misir, İraq və Azərbaycanın xarici işlər nazirləri ilə aparılan danışıqların yekununa dair yayımlanan bəyanatda qeyd olunur.

TodayPress TV

tag: İran,ABŞ,İsrail,Dünya,Todaypress.tv,