İran ABŞ ilə danışıqları Türkiyədən Omana köçürmək istəyir
İran ABŞ ilə danışıqların formatını ikitərəfli formata dəyişmək və yerini Türkiyədən Omana köçürmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, iranlılar, həmçinin danışıqların bir neçə ərəb və müsəlman ölkəsinin müşahidəçi kimi iştirakı əvəzinə, tək ABŞ-nin iştirakı ilə ikitərəfli şəkildə keçirilməsini istəyirlər.
Aysel Mətləb