İran ABŞ ilə danışıqları canlandırmaq üçün yeni addım atdı
İran iqtisadiyyatına baha başa gələn gərginliyə son qoymaq və danışıqları canlandırmaq məqsədilə Vaşinqtona müəyyən kompromis çalarlarını ehtiva edən yeni təklif paketini təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə “WSJ” məsələ ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Hörmüz boğazının yenidən açılması və İranın nüvə proqramı kimi fundamental məsələlərdə tərəflər arasında hələ də ciddi fikir ayrılıqları qalmaqdadır. Bu isə danışıqların gərgin keçməyə davam edəcəyinə dair bir işarədir.
Aysel Mətləb