Gümrüdə siyasi gərginlik: Karapetyanın blokunun ofisində insident
Ermənistanda parlament seçkiləri fonunda insident baş verib.
TodayPress TV xəbər verir ki, “Güclü Ermənistan” blokunun nümayəndəsi Qoar Meloyanın sözlərinə görə, naməlum maskalı şəxslər blokun Gümrüdə yerləşən ofisinə daxil olublar.
Onun sözlərinə görə, hadisə zamanı Rusiyaya yaxın mövqeyi ilə tanınan namizəd Samvel Karapetyanın rəhbərlik etdiyi blokun qərargahında olan bütün şəxslər saxlanılıb.
Hadisənin səbəbləri və saxlanılan şəxslərin taleyi ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Ermənistanda hüquq-mühafizə orqanları məsələ ilə bağlı açıqlama yaymayıb.