FT: Avropa Trampın Ukraynaya marağını itirməsindən ehtiyat edir

FT: Avropa Trampın Ukraynaya marağını itirməsindən ehtiyat edir
11.07.2025 10:08 Dünya

Avropalı müttəfiqlər ABŞ Prezidenti Donald Trampın Ukraynaya marağını itirə biləcəyindən narahatdır.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” qəzeti diplomatik dairələrdəki ehtimallara istinadla yazıb.

“Avropada bir çoxları Trampın Ukraynaya olan marağını itirib, özünə daha yaxın məsələlərə diqqət yetirəcəyindən şübhələnir”, – deyə nəşr qeyd edir.

Qəzet yazır ki, belə bir ssenaridə Avropa ölkələrinin üzərinə düşən əsas məsuliyyət Ukraynaya müstəqil şəkildə döyüş qabiliyyətini saxlamaq üçün dəstək vermək olacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər