Fətullah Təvəssüli: "İran mühasirəyə alınır"
İran regional dəhlizlərlə əhatə olunub və mühasirəyə alınır.
TodayPress TV İran KİV-ə istinadən xəbər verir ki, bunu İran parlamentinin İqtisadiyyat Komissiyasının üzvü Fətullah Təvəssüli deyib.
“Ölkələr İranın iştirakı olmadan dəhlizlər hazırlayırlar, bu da milli təhlükəsizliyimizə təhdid ola bilər və bizim bu dəhlizləri idarə etmək üçün strategiyamız olmalıdır. Onlar bizi çətin vəziyyətə salıb və İran məhsullarının ixrac xərcləri də artıb ”,- o əlavə edib.
Jalə Rövşən